İraqda vəziyyət yenidən gərginləşib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
10:07
1926
İraqda vəziyyət yenidən gərginləşib

İraqın cənubunda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 12 nəfər öldüyü, 600-dən çox insanın yaralandığı bildirilir.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, ölənlərin 12, yaralananların isə 195-i nümayişçi, digər yaralananlar isə asayiş keşikçiləridir.

İğtişaşlar nəticəsində yaşayış evləri, inzibatı binalar, partiyaların mənzil-qərargahları daxil olmaqla  47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən 302 nümayişçi saxlanıldığı bildirilir.

İraqın cənub bölgəsində iğtişaşlar iyulun əvvəlində başlayıb. Bəsrə şəhərində işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsinə qarşı etiraz edən nümayişçilərdən birinin ölümündən sonra bölgədə vəziyyət daha da gərginləşib. Nümayişçilər hökumətdən elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son qoymağı tələb edirlər. Hazırda etirazlar İraqın digər cənub əyalətlərinə keçib.

Qeyd edək ki, bir müddət əvvəl İraqda keçirilən seçkilərdə qələbə qazanan Müqtəda Sədr ölkənin problemlərini, ancaq iraqlıların həll edəcəyini, ABŞ qoşunlarının İraqdan çıxarılacaqğını bəyan etmişdi.

Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com