Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
16:45
Adam öldürənə prokuror 11 il istəmişdi hakim 5 il verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında S.Bağırovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında Nizami rayonunda kafelərdən birinin qarşısında baş verib.

Belə ki, Bakının Nizami rayonu Babək prospektindəki kafelərdən birinin qarşısında Ağsu sakini Sabit Bağırov mübahisə zəminində tanışı Bakı şəhər sakini Valeh Heydərova bıçaqla xəsarət yetirib. Xəstəxanaya aparılan V.Heydərov yolda dünyasını dəyişib.

Hadisədən sonra Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşları S.Bağırovu saxlayaraq istintaqa təhvil veriblər. / Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : məhkəmə bıçaqlanma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 23:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com