Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
16:14
Bu FOTO hüquq mühafizə orqanlarını ayağa qaldırdı

Yeni Günəşlidə yerləşən 285 saylı məktəblə üzbəüz yerləşən pivəxanada çəkilən fotolarda uşaqların önündə pivə dolu bakallar var.

Sözügedən görüntülər sosial şəbəkədə müzakirəyə səbəb olub. İzləyicilərin bir qismi uşaqlara pivə satan obyekt rəhbərliyini, bir qismi isə uşaqlarına nəzarət etməyən valideyni günahlandırıblar.

Əslində qanunla 18 yaşı tamam olmamış şəxslərin spirtli içkidən və siqaretdən istifadəsi qadağandır. Bu şəxslərin belə müəssisələrə girişi də qadağandır. Ancaq bu hər kəsin gözü qarşısında baş verir. Heç kəs də buna mane olmur.

Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirildi ki, həmin ərazidə bir neçə pivəxana var. Çox təəssüf ki, həmin fotonun hansı pivəxanada çəkildiyi məlum deyil. Lakin bu istiqamətdə araşdırma aparılacaq və məkan tapılacaq.

Polis qanun çərçivəsində həmin pivəxana sahibi barədə inzibati qaydada tədbirlər görüləcəyini qeyd etdi: “Bu işdə birbaşa pivəxana sahibi və idarə edən şəxs məsuliyyət daşıyır. Qanunla 18 yaşına çatmamış uşaqların pivəxanaya buraxılması, onlara spirtli içkilərin, pivə və siqaretlərin satılması qadağandır. Bu istiqamətdə sahibkarlar inzibati qaydada məsuliyyət daşıyırlar”, – deyə polisdən bildirilib.

Qeyd edək ki, həmin pivəxana sahibi müəyyən ediləndən sonra, onun fiziki, yaxud hüquqi şəxs olduğu müəyyənləşdiriləcək. Daha sonra onun barəsində hüüquqi qaydada tədbirlər görüləcək.

Bu məsələ qanunla necə tənzimlənir?

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “Tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsinə əsasən altmış manatdan yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynlər və ya digər qanuni nümayəndələr yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmumlatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə edilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : polis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 17:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com