Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
14:33
Melaniya Trampın Putinlə görüşəndən sonra aldığı üz ifadəsi maraq doğurub-VİDEO

ABŞ-ın birinci xanımı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşərkən üz ifadəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. FaktXeber.com-un verdiyi məlumata görə, internetdə bununla bağlı yayılan videoda Melaniya Trampın Putinin əlini sıxdıqdan sonra qəfildən üz ifadəsinin dəyişdiyi görünür. İstifadəçilər onun baxışının qorxu dolu olduğunu bildiriblər.

Xatırladaq ki, Putin və Trampın Helsinski görüşü iyulun 16-da baş tutub. Danışıqlar ümumilikdə 4 saat çəkmişdi.

ABŞ-ın birinci xanımının üz ifadəsi ilk dəfə deyil ki, diqqətləri özündə toplayır. 2017-ci ilin yanvar ayında bir tədbirdə kədərli üz ifadəsi memə çevrilmişdi. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com