Bakıda dayanacaqlara kameralar quraşdırılacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
12:57
1707
Bakıda dayanacaqlara kameralar quraşdırılacaq

 Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdıracaq və gündəlik monitorinq aparacaq. Bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli İTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dayanacaqların rəhbərlik etdiyi qurumun tabeliyinə keçməsi ilə bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. "Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq". 

V.Kərimli həmçinin dayanacaqlarda parklanmanın qiymətinin yüksək olmasına da münasibət bildirib: "Bakını müəyyən zonalara bölmək istəyirik. Şəhər mərkəzinin və ətraflarda fərqli qiymətlər ola bilər. Hazırda təsnifatlaşdırma üzrə işlər gedir. Hələ ki, parklanmada standart tarif yoxdur".(Report)

Məqalədə : dayanacaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com