İsraildə `Yəhudi milli dövləti` qanunu qəbul edilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
12:31
1614
İsraildə `Yəhudi milli dövləti` qanunu qəbul edilib

İsrail parlamentində mübahisələrə səbəb olan "Yəhudi milli dövləti" qanunu qəbul edilib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, müxalifətin etiraz etdiyi "Yəhudi millət dövləti" qanun layihəsinə dair səsvermə bu gün səhər saatlarda keçirilib. Layihə 55 "xeyr" səsinə qarşı 62 "bəli" səsi ilə məclisdən keçib.

Sərt mübahisələrə səbəb olan qanunun qəbul edilməsindən sonra Fələstin əsilli İsrail millət vəkilləri layihənin yazılı olduğu vərəqləri cıraraq qanunu etiraz ediblər.

Etiraza görə məclisdə gərginlik yaranıb və Fələstin əsilli millət vəkilləri Knessetdən çıxarılıblar.

Qanuna dəstək verən yəhudi deputatlar parlamentin layihəni təsdiqləməsindən sonra rejimin baş naziri Binyamin Netanyahu ilə xatirə şəkli çəkdiriblər.

İsrail vətəndaşı olan 2 milyona yaxın fələstinlinin haqlarının yox sayılması başda olmaqla, bir çox tənqidə məruz qalan qanun layihəsinə daha əvvəl də prezident Reuven Rivlin etiraz etmişdi.

Rivlin bu yaxınlarda millət vəkillərinə göndərdiyi məktubda, sözügedən qanunun dünyanın digər bölgələrində yaşayan yəhudiləri narahat edə biləcəyini, İsrailin bu layihəyə görə irqi ayrıseçkilik tənqidlərinə məruz qalacağına diqqəti çəkmiş və qanun layihəsində dəyişikliklər edilməsi lazım olduğunu söyləmişdi. Ancaq bu təklif millət vəkilləri və qanuna dəstək verən siyasi partiyalar tərəfindən qəbul olunmamışdı.

Konstitusiyası olmadığı üçün konstitusiya hökmündə olan "əsas qanunlar"a daxil ediləcək qanunla İsrail, dünyada yaşayan yəhudilərin etnik-dini dövləti kimi tanınacaq.

Hazırda praktik şəkildə olduğu bildirilən ayrı-seçkilik siyasəti qanunla qüvvəyə minəcək, ərəb dili rəsmi dil olmaqdan çıxarılacaq və ölkənin yeganə rəsmi dili İbrani olacaq. Bundan başqa, layihənin ən çox etiraz olunan digər maddələri arasında aşağıdakı müddəalar da var:

- öz müqəddəratını təyin etmək hüququ yalnız yəhudilərə aiddir;

- İsrail yəhudi dövlətidir;

- İsrail dünyadakı bütün yəhudilərin tarixi vətənidir;

- hüquqda boşluq olduqda yəhudi şəriətinə istinad ediləcək;

- dünyadakı bütün yəhudilərin İsrailə qayıtmaq hüququ var;

- yəhudilərin dini günləri rəsmi tətil sayılacaq;

- Qüds İsrailin paytaxtıdır.

Qanun layihəsində yer alan, "bütün İsrail vətəndaşları bərabər hüquqlara malikdir" maddəsi isə digər maddələrlə ziddiyyət təşkil etdiyi üçün praktik məna kəsb etmir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com