Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
12:20
Gec şam etməyin zərərləri açıqlanıb

Yatmağa 2 saatdan az vaxt qalmış şam eləmək süd vəzisi xəstəliklərinin və prostat xərçənginin inkişafına gətirə bilər. FaktXeber.com-un Life-a istinadla verdiyi məlumata görə, Barselona Qlobal  Səhiyyə İnstitutunun araşdırmaçıları bu qənaətə gəliblər.

Alimlər 1205 qadının süd vəzi xəstəliklərini və 321 kişinin prostat xərçəngini analiz ediblər. Həmçinin onkoloji xəstəliyi olmayan könüllülərdən ibarət nəzarət qruppu da araşdırmada iştirak edib: Onlardan yuxu və yemə vərdişləri barədə soruşulub.

Alimlər müəyyən ediblər ki, yatmazdan minimum 2 saat əvvəl şam edənlərdə süd vəzi və prostat xərçəngi risqi nisbətən azdır. Ən yaxşı nəticə göstərənlər isə sübh oynaıb, vaxtında yatanlarda və sağlam həyat tərzi sürənlərdə görünüb. 

Alimlər hesab edir ki, sözügedən xəstəliklər daha çox orqanizmin sutkalıq ritmindən asılı olaraq dəyişən hormonların aktivliyindən asılıdır.

Gecə yemələri və atışdırmalar onların işinin pozulmasına gətirir, bu da xərçənglə nəticələnir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : xərçəng 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 17:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com