Hollandiya xarici işlər nazirindən irqçi açıqlamalar

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
11:38
1527
Hollandiya xarici işlər nazirindən irqçi açıqlamalar

Hollandiya xarici işlər naziri Stef Blok miqrantlarla bağlı irqçi bəyanatlar verərək irqçiliyin insanların genlərində olduğu fikrini söyləyib.

FaktXəbər bildirir ki, Hollandiyada yayımlanan "Zembla" adlı araşdırma proqramına göndərilən görüntülərə görə, nazir bu sözləri ötən həftə beynəlxalq qurumlarda işləyən hollandiyalılarla toplantıda söyləyib.

Ortaya çıxan görüntülərdə nazir dünyada miqrantların intensiv olub sakitçiliklə yaşadığı bir ölkə tanımadığını qeyd edən Stef Blok, "mənə fərqli etnik qrupların yerli camaatla bir yerdə, sakit yaşadığı nümunə göstərin. Mən bilmirəm. Bu sualı nazirlikdə məmurlara da vermişəm", - deyə bildirir.

Daha sonra bir iştirakçı fərqli etnik qrupların dinc şəkildə yaşaması barədə Surinamı nümunə kimi göstərir. Buna cavab olaraq Blok, "Surinam sülhməramlı ölkədirmi? Cəsarətli açıqlamadır. Nikbinliyinə heyran qaldım, amma Surinam uğursuz bir ölkədir. Bunun səbəbi də ölkədəki ciddi şəkildə etnik parçalanmalardır", söyləyib.

Blok, başqa bir adamın Sinqapuru misal çəkməsinə isə, "Sinqapur kiçik ölkədir və köçkünlər məsələsində son dərəcə seçicidir. Onlar kasıb köçkünləri qəbul etmirlər. Bəlkə təmizlik işləri üçün götürə bilərlər", - deyə bildirib.

Stef Blok irqçiliyin insanların genlərində olduğunu və çoxlu sayda qaçqının ölkəyə gəlməsinin yerli cəmiyyətin sərhədlərini məhdudlaşdırdığını bildirib.

"Ehtimalən, genlərimizin dərin yerlərində hər kəsin bəlli olduğu bir qrup ilə birlikdə olmaq istəyirik və əcnəbi insanlarla əlaqə qurmuruq", - deyən Blok, ölkənin bəzi regionlarında miqrantların çox olduğu yerləri nümunə göstərib.

Bu ərazilərdə yaşayan yerli insanları başa düşdüyünü söyləyən Blok, "Benoordenhoutta (Hollandiyalıların əksər halda istirahət etdiyi yer) olub bazar günü türk çörəkçidən çörək almaq çox gözəldir və ətrafdakı baş verənlərdən də narahat olmursan, amma orada yaşayırsansa, hədsiz dərəcədə narahat olursan", söyləyib.

Avropada hər bir ölkənin eyni sayda qaçqını qəbul etmək məsələsində razılığa gələ bilməyəcəyini deyən Blok, "Şərqi avropalılar bunu heç vaxt qəbul etməzlər. Bunu çox da məcbur etmək olmaz. Fərz edək qəbul etdilər. Varşava və Praqada küçələrinə baxın, orada miqrant tapa bilməzsiniz. Onlar bir həftə sonra oradan qaçırlar, yəqin ki, zorakılığa məruz qalırlar. Orada yaşamaq şansları yoxdur", açıqlamasını verib.

Məqalədə : Hollandiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com