Yəməndə vəba tuğyan edir: 1 milyondan artıq insan bu xəstəliyə yoluxub

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
10:44
1575
Yəməndə vəba tuğyan edir: 1 milyondan artıq insan bu xəstəliyə yoluxub

Son 13 ayda  vəbadan 2311 nəfər həyatını itirib, bundan başqa 1 mln 118 min nəfərin bu epidemiyaya yoluxduğu ehtimal edilir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə UNICEF-in  Yəmən ofisinin Tvitter hesabından bildirilib.

Açıqlamada bildirilir ki, Səhiyyə və Yardım təşkilatları epidmiyanın yayılmasının qarşısını almaq üçün fasiləsiz tədbirlər görsələr də, tibbi avadanlıqların çatışmazlığı və münaqişənin davam etməsi səbəbindən irəliləyiş əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, ÜST bundan əvvəl yayımladığı hesabatda 2017-ci ilin aprelindən bəri ölkədə 2200 nəfərin həyatını itirdiyini və 1 milyon insanın da vəbaya yoluxması ehtimalının olduğunu bildirmişdi.

Məqalədə : vəba 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com