Abituriyentlərin NƏZƏRİNƏ!

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
09:37
3009
Abituriyentlərin NƏZƏRİNƏ!

İyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, abituriyentin "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olması lazımdır.

Abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Məqalədə : Abituriyent 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com