Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2018
16:03
8719
Tuneldə şou göstərən sürücülər tapıldı - VİDEO

Bakıda toy karvanında iştirak edən və tuneldə yolu kəsən sürücülər saxlanılıb.

FaktXəbər-il REAL-a istinadən məlumatına görə, görüntülər əsasında araşdırmalara başlayan hüquq-mühafizə orqanları avtomobillərin sürücülərini müəyyənləşdirib.

Ümumilikdə 12 nəfər saxlanılıb. Artıq onlardan 5-i məhkəmə qarşısına çıxarılıb və 20 gün müddətinə inzibati qaydada həbs olunjub. Bundan başqa, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Digət 7 nəfər barəsində də məhkəmə qərarının veriləcəyi gözlənilir.

Həbs edilən şəxslər Binəqədi rayon sakinləri 90 BV 896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bürhanəddin Əliyev, 90 UT 031 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rəsul Rəsulov, 99 MN 399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Qusar rayon sakini Orxan Hacıbalayev, 10 CP 063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Abşeron rayon sakini Rəşad Cabbarov, 10 NX 240 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon sakini Elməddin Əliyevdir.

İlkin məlumata görə, hadisəni törədənlərin hamısı avtomobil bazarında biznes fəaliyyəti ilə məşğuldur. 

Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılıb və bu hərəkət izləyicilər tərəfindən yaxşı qarşılanmayıb. Bakıdakı tunellərin birində hərəkət edən həmin toy karvanındakı sürücülər yolu kəsərək avtomobildən düşüblər və zər yağışı yağdırmağa başlayıblar. 

Məqalədə : tuneldə toy 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
101

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
200

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2286
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 01:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru