Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2018
16:01
Avstraliyada yeni ilan növü tapıldı - FOTO

Avstraliyanın Queensland Universitetində işləyən bioloqlar təsadüfən yeni bir ilan növü tapdıqlarını açıqlayıblar.

FaktXəbər-in "İndependent"ə istinadən məlumatına görə, ilan növünü kəşf edən briqadadan bioloq Brayan Fry dəniz ilanları haqqında araşdırma aparmaq üçün getdikləri bölgədə torpaq altında yaşayan ilanla qarşılaşacaqlarını güman etmədiklərini və çox təəccübləndiklərini deyib.

İlanın Keyp York Peninsulanın qərb sahillərində olduğunu söyləyən Fry, sürünənin köstəbək ilanları kimi torpaq altında yaşayan növdən olduğunu bildirib.

Bioloqlar ilanın limandakı gəmilər vasitəsilə dəniz kənarına gəldiyini təxmin edirlər.

Alimlər 2014-cü ildə tapılan ilan üzərində uzun müddətdir davam edən araşdırmalar nəticəsində, "çox nadir rast gəlinən yeni növ" olduğuna qərar veriblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ilan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 09:12



  (+994 55) 786-96-84

  [email protected]om

Valyuta.com