Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2018
14:11
Basayevin dəstəsinin üzvü Rusiyaya gətirilib - VİDEO

Çeçen səhra komandiri Şamil Basayevin dəstəsinin üzvlərindən olan 1978-ci il təvəllüdlü Aslan Yandiyev Slovakiyadan Rusiyaya ekstradisiya edilib. 

FaktXəbər-in məlumatına görə, bu barədə TASS agentliyinə Rusiya FTB-dən bildirilib.

O, 2006-cı ildə Vladiqafqazdakı şəhər parkında və əyləncə mərkəzində törədilmiş terror aktı zamanı dinc sakinlərin öldürülməsinə görə axtarışa verilmişi.

FTB-dən bildirilib ki, Yandiyev 2010-cu ildə saxta sənədlə ölkədən xaricə qaçıb və İsveçrə, Niderland və digər Avropa ölkələrində daimi yaşayış əldə etməyə cəhd göstərib.

2011-ci ildə Yandiyev Rusiyanın izləməsi ilə Slovakiyada saxlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Basayev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 04:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com