Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2018
15:03
Gəncə hadisələri ilə əlaqədar daha dörd nəfər həbs edilib

İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha dörd nəfər həbs edilib.

Hüquq mühafizə orqanlarından FaktXəbər-ə verilən məlumata görə, həbs olunanlardan Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncədə baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etməsi üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gəncə hadisələri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 15:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com