Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2018
10:25
Təhsil eksperti abituriyentləri narahat edən məsələyə toxundu

Təhsil eksperti Kamran Əsədov abituriyentləri ciddi şəkildə narahat edən məsələyə toxunub.

FaktXəbər-in məlumatına görə, Kamran Əsədov DİM-in ödəniş sistemindəki narazılıqlardan bəhs edib: 

"Bildiyiniz kimi, 2016-cı ildə TQDK-a ləğv olundu, yerinə publik hüquqi şəxs olan DİM yarandı. Yeni yaranan qurum göstərdiyi xidmətlərə görə ödənişlərin hər bir şəxsin saytda yaratdığı şəxsi kabinetdəki hesabdan tələb olunan məbləğin çıxılması ilə həyata keçirirdi. Hesaba vəsaitin daxil edilməsi qəliz və çətin proses olsa da, demək olar ki, artıq istifadəçilər vərdiş etmişdi”.

"Milli ön aparatı vasitəsi ilə kod almaqla da, bu prosesi yerinə yetirmək olurdu. Hətta DİM – in saytında da bu barədə məlumat var idi (http://payment.dim.gov.az/). Amma indi heç bir xəbərdarlıq etmədən portmanat öz saytından DİM-in qeydiyyatsız ödəniş xidmətini ləğv edib. Əvvəlcə qeydiyyatsız ödəniş bölməsində olan DİM-in xidməti, sonradan dövlət ödənişləri bölməsinə köçürüldü. Sonra isə ümumiyyətlə bu xidmət xəbərdarlıq edilmədən ləğv edilib" – deyə təhsil eksperti bildirib.

Onun sözlərinə görə, abituriyentlər də portmanat kodu alıb, vəsaiti şəxsi kabinetlərinə əlavə etmək istədikdə problemlə üzləşiblər.

"Portmanat saytında yanız qeydiyatdan keçmiş istifadəçilər bu xidmətdən istifadə edə bilir ki, buna görə də azı 3 faiz portmanat xidmət haqqı tutur. Abituriyent DİM-in müəyyən etdiyi xidmət haqqı məbləğində kod alsa da, portmanat faiz tutur və nəticədə abituriyent qeydiyyatdan keçə bilmir. Düzdür, indi Milli ön aparatında müvafiq bölməyə şəxsi kabinetin kodunu yazmaqla vəsaitin birbaşa hesaba daxil olunması mümkündür, amma bütün hallarda bununla bağlı xəbərdarlıq edilməli idi. Onlarla abituriyent DİM-in tələb etdiyi xidməthaqqı məbləğində vəsait yükləyib kod alsa da, bu kodu istifadə edə bilmir"-deyə ekspert yazıb.

Məqalədə : Kamran Əsədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
530

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
348

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
342

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
328

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
437

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
441

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
637
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 03:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru