Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2018
10:15
Azərbaycan Universiteti təhsil haqqını aşağı saldı

Azərbaycan Universiteti MBA Proqramı üzrə illik təhsil ödənişini 2500 manatdan 2000 manata endirdi. Proqrama qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslaşmalar üzrə təhsilalma forması əyanidir. Qəbul rus bölməsi ilə birgə aparılır və tədris ingilis dilindədir.

2018/2019-cu tədris ili üçün Azərbaycan Universitetinin MBA Proqramına qəbul aşağıdakı ixtisaslaşmalar üzrə aparılır:

* 263125 Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə)

* 263133 Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə)

* 263141 Biznesin təşkili və idarə edilməsi (vergi üzrə)

* 263158 Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)

Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.

Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58

Sayt: www.au.edu.az

E-poçt: [email protected]

Rəsmi Facebook səhifəsi: www.facebook.com/AzerbaycanUnv

Məqalədə : Azərbaycan Universiteti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
222

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
724

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
280

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
337

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
378

Sabahın hava proqnozu açıqlanıb

10

Dekabr
13:04
ÖLKƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 22:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru