Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
17:03
Fransa millisinin çempionluq şənliklərində 2 nəfər öldü

Xorvatiya millisini məğlub edərək 2018 FİFA Dünya Kubokunu qazanan Fransa yığmasının qələbəsinin bayram edilməsi mərasimləri əsnasında 2 nəfər ölüb.

FaktXəbər bildirir ki, "Le Parisien" qəzetində yer alan məlumatda dünən gecəki nümayişlərdə 2 nəfərin öldüyü, 45 polis və jandarmın yüngül yaralandığı yazılıb.

Məlumata görə, çempionluq qeydetmələri bir çox şəhərdə zorakılıq hadisələrinə çevrilib. Frouardda 3-6 yaşı olan 3 uşağın yaralandığı, Parisdəki Champs-Elysees küçəsində də bir nəfərin ağır yaralandığı qeyd edilən xəbərdə, Strasburq şəhəri və Rouen şəhərlərində isə nümayişçilər ilə polis arasında gərgin anlar baş verdiyi, polisin bibər qazından istifadə etdiyi qeyd olunub.

"Le Fiqaro" qəzeti Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən bildirir ki, keçirilən şənliklərdə 292 nəfər saxlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fransa DÇ2018 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 17:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com