Putin gözlətmə adətinə bu dəfə də xilaf çıxmadı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
15:22
1875
Putin gözlətmə adətinə bu dəfə də xilaf çıxmadı
Trampla görüşə yarım saat gecikdi

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Helsinski sarayında üzbəüz görüşü başlayıb. Qeyd edək ki, görüş üçün Finlandiyanın seçilməsinə səbəb kimi bu ölkənin öz neytrallığını qoruması göstərilir.

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, üzbəüz görüş üçün yarım saat ayrılıb. Bundan sonra iclas geniş tərkibdə (45 dəqiqə) davam edəcək.

Helsinski sammiti Putin və Trampın ilk tamformatlı görüşüdür. Ümumilikdə bütün görüşlər 3 saat çəkəcək.

Yeri gəlmişkən qeyd edək ki, Rusiya prezidenti gecikmə adətinə xilaf çıxmayaraq, bu dəfə də Trampı yarım saat gözlədib. Belə ki, Putinin təyyarəsi gözlənilən vaxtdan yarım saat sonra eniş edib.

Məqalədə : Putin Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 19:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com