Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
15:19
ABŞ `Ağ Dəbilqəlilər`i Suriyadan çıxarmağı planlaşdırır

ABŞ, Kanada və bir sıra  Avropa ölkələri, o cümlədən  Böyük Britaniya  və Fransa  Suriyadan «Ağ dəbilqəlilər» təşkilatının üzvlərini və onların ailələrinin evakuasiyası  planını müzakirə edirlər. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə CNN öz mənbələrinə istinadla bildirib.

Telekanal bildirir ki, söhbət  «Ağ dəbilqəlilər»in təqribən 1000 üzvünü ailələləri ilə birlikdə  digər ölkələrə, məsələn, Kanada, böyük Britaniya və ya Almaniyaya göndərilməsindən gedir.

Mənbə bildirib ki, bu məsələni ABŞ prezidenti Donald Tramp Brüsseldə NATO-nun sammitində qaldırıb. Qərb nümayəndələri Ağ Ev rəhbərini evakuasiya yolları barədə İsrail və İordaniya ilə də  müzakirə etmək barədə razı salıblar.

Bundan başqa «Ağ Dəbilqəlilər» məsələsi Trampın və Rusiya prezidenti Vladimir Putinin  Helsinski görüşündə müzakirə oluna bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 07:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com