Şimali Koreyada son 3 ildə ilk dəfə amnistiya olacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
12:05
1464
Şimali Koreyada son 3 ildə ilk dəfə amnistiya olacaq

KXDR Respublikanın yaranmasının 70 illiyi münasibəti ilə sentyabrın 9-da amnistiya həyata keçirəcək. FaktXeber.com-un TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər yayıb.

«Vətənə və onun xalqına qarşı cinayət törətmiş» şəxslərlə bağlı fərman KXDR Ali Xalq Yığıncağının prezidiumu tərəfindən təsdiqlənib. Qərar avqustun 1-dən qüvvəyə minəcək. Azadlığa buraxılıcıq  məhbusların sayı barədə məlumat verilməyib.

Qeyd edək ki, Şimali Koreyada sonuncu dəfə amnistiya 3 il bundan öncə baş vermişdi. Həmin vaxt fərman  Koreya Əmək Partiyasının yaranmasının 70 illiyinə həsr olunmuşdu. Bundan əvvəl isə amnistiya 2012-ci ildə respublikanın qurucusu və birinciprezidenti Kim İr Senin 100 illiyi münasibəti ilə verilmişdi.

Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com