Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
12:01
Bakıda işdən çıxarılan bağban ev sahiblərinə hücum edib: arvad ölüb, əri ağır yaralanıb

Bakıda yol polisi qətl hadisəsinin üstünü açıb.

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib.

Yol Polisi əməkdaşları maşına "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyi ilə "Range Rover"i saxlamaq mümkün olub. 

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar: maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb. 

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndiriblər. 

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən onların bağlarında işləyən bağbandır. 

Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə, o, məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə apararaq meyitlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır/Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qətl 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 06:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com