Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
10:02
Pakistanda mitinqdə partlayış anı -VİDEO (18+)

Pakistanda seçkiqabağı mitinq zamanı yüzlərlə insanın ölümü ilə nəticələnən terror aktının görüntüləri yayılıb.

FaktXeber.com-un rtvi-yə istinadla verdiyi məlumata görə, Pakistanın  Mastunq şəhəri yaxınlığında 128 nəfərin ölümü ilə nəticələnən terrorda məsuliyyəti İŞİD öz üzərinə götürüb. 

Xatırladaq ki, iyulun 13-də Pakistanın cənub qərbində Bəlucistan əyalətində  seçkiqabağı mitinq zamanı qruplaşmanın intiharçısı özünü partladıb. Qurbanlardan əlavə, daha 180 nəfərin də xəsarət aldığı bildirilir.

Qurbanlar arasında Bəlucistanın sabiq baş naziri Navab Aslam Raisaninin qardaşı, «Avami Bəlucistan» Partiyasının lideri Navab Sirac Raisani da var.

XƏBƏRDARLIQ: Qanlı kadrlar olduğu üçün videoya həssas insanların baxması tövsiyə olunmur!!!

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 07:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com