Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
09:39
DÇ-2018: Fransa millisi ikinci dəfə dünya çempionu adını qazanıb

İyulun 15-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının finalında Fransa və Xorvatiya milliləri qarşılaşıblar. Xorvatiya yığmasına 4:2 hesabı ilə qalib gələn Fransa seçməsi tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Qaliblərin mükafatlandırılması mərasimində FIFA prezidenti Canni İnfantino, ev sahibi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç iştirak ediblər.

Mükafatlandırma mərasimində 2014-cü ildə futbol üzrə dünya çempionu Almaniya millisinin kapitanı olmuş Filip Lahm mundialın kubokunu arenaya gətirib.

Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kaylian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına isə Belçika millisinin qolpikeri Tibo Kurtua layiq görülüb.

Sonra dünya çempionatında ikinci yeri tutan Xorvatiya yığmasının futbolçularına mundualın gümüş medalları təqdim edilib.

Daha sonra XXI dünya çempionu Fransa millisinin üzvlərinə qızıl medallar təqdim olunub.

Nəhayət, çempionatın ən çox gözlənilən anı yetişib. FIFA prezidenti Canni İnfantino XXI dünya çempionu olan Fransa yığmasının kapitanı Uqo Lorisə mundialın kubokunu təqdim edib.

Qeyd edək ki, çempionatın ən məhsuldar futbolçusu İngiltərə yığmasının hücumçusu Harri Keyn olub. O, rəqib qapılarına 6 dəfə yol tapıb.

Beləliklə, iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda start götürən XXI dünya çempionatı iyulun 15-də elə həmin arenada da Fransa yığmasının çempionluğu ilə başa çatıb.

Növbəti – XXII dünya çempionatı 2022-ci ildə Qətər Dövlətində keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DÇ2018 Xorvatiya Fransa 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 09:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com