Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
09:28
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb

Qərb bölgəsinə yağa yağış bir sər fəsadlar yaradıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə iki gündür bölgəyə yağan  güclü yağış bir sıra çətinliklər yardıb. Yağış Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərində əkin sahələrinə ciddi ziyan vurub. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Tovuzun ucqar dağ kəndlərindən olan Əsrik Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində leysan yağış dəmyə şəraitində əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və.s tərəvəz bitkilərini kökükndən yuyub. Yetişməkdə olan meyvələr də küləklə müşayət olunan yağış nəticəsindəyerə tökülüb. Həmşinin bəzi ərazilərdə ağaclar kökündən çıxıb. Güclü külək bəzi evlərin damını da yararsız hala salıb. Ərazidə olan müəyyən evləri su basıb.

Leysan xarakterli yağan yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Kəndlərdə elektirk enerjisinin təminatında uzunmüddətli fasilələr yaranıb. Rayon İcra Hakimiyyətinin nəzdnində mövcud durumla əlaqədər fövqəladə komissiya yaradılıb. Dağıntı, çöküntü, təsərrfüfat sahələrinə baxış keçirilib. Əhaliyə dəyən maddi ziyan hesablanır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qərb bölgəsi yağış leysan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 12:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com