Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2018
12:31
Türkiyədə hərbi çevrilişə cəhddən 2 il ötür

Bu gün Türkiyədə hərbi çevrilişə cəhddən 2 il ötür.

2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü “Yurdda sülh hərəkatı” adı verdiyi hərbi çevrilişə cəhd edib, ordunun ölkədə idarəçiliyi ələ keçirdiyini açıqlayıb. Onların bu elanı TRT-də səsləndirilib. Ölkədə fövqəladə vəziyyət və hərbi komendant rejimi elan olunub.

İstanbuldakı "Boğaz içi" və "Fatih Sultan Mehmet" körpüsünü ələ keçirən üsyançı hərbçilər Ankarada Türkiyə Böyük Millət Məclisini bombalayıblar. Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb.

İyulun 16-da Türkiyə Silahlı Qüvvələri və polisin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində cəhdin qarşısı alınıb. FETÖ terror təşkilatının planlaşdırdığı hərbi çevriliş baş tutmayıb.

İndiyədək bu iş üzrə 170 min nəfərədək şübhəli şəxs qismində saxlanılıb. Onlardan təxminən 50 min nəfər barədə həbs qətimkan tədbiri seçilib. Onlardan bəzilərinin məhkəmə prosesi başlayıb.

FETÖ terror təşkilatının ABŞ-da olan başçısı Fətullah Gülənin həbsi və ekstradisiyası üçün həmin ölkəyə müraciət olunub. Amma hələ də müsbət cavab alınmayıb.

Türkiyənin bütün vilayətlərində 15 iyul-hərbi çevrilişə cəhdin qarşının alınmasının ildönümü ilə bağlı tədbirlər keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dövlət çevrilişi 15 iyul 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 11:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com