Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2018
12:15
Bu gün XXI dünya çempionatının qalibi müəyyənləşəcək

İyulun 15-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının final görüşü keçiriləcək.

FaktXəbər-in məlumatına görə, dünya çempionunu müəyyənləşdirəcək qarşılaşmada Fransa və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Dünya çempionatında finala qədər keçirilən oyunların heç birində məğlub olmayan bu komandalar arasındakı qarşılaşma Moskvanın “Lujniki” stadionunda baş tutacaq.

1998-ci ildə ilk dəfə dünya çempionu adını qazanan Fransa yığması 20 ildən sonra bu tarixi nəticəni təkrarlamaq istəyir. Xorvatiya yığması isə dünya çempionatları tarixində ilk dəfə final qarşılaşmasına çıxacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyunu argentinalı hakim Nestor Pitana idarə edəcək.

Xatırladaq ki, çempionatın bürünc medalını Belçika yığması qazanıb. III yer uğrunda keçirilən qarşılaşmada Belçika yığması İngiltərəni 2:0 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DÇ2018 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 16:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com