4 il əvvəl verilən qərar niyə bugündən qüvvəyə minib? - SƏBƏB

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
13:58
4644
4 il əvvəl verilən qərar niyə bugündən qüvvəyə minib? - SƏBƏB

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən bu gündən etibarən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq edilib.

"Gediş haqlarının “Bakıkart” vasitəsi ilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılıb. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür. Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatmış olur", - deyə məlumatda vurğulanıb.

Sözügedən marşrutun əsas istifadəçiləri olan Abşeron Gənclər Şəhərciyinin sakinləri FaktXəbər-ə bildiriblər ki, onların istifadə etdikləri 2 dayanacağın heç birində ödəmə terminalı quraşıdırlmayıb və buna görə də çətinlik çəkirlər. Bundan əlavə qeyd edilir ki, marşrut xəttindən illərdir 20 qəpikdən istifadə etmələrinə baxmayaraq, bu gündən etibarən kartlarından 25 qəpik çıxılmasına başlanılıb: "Marşrutda interval çoxdur. Elə bizim şəhərciyin 10 mindən çox əhalisi var və bu marşrut heç bizim tələbatımızı ödəyə bilmir. İndi sonuncu dayanacağı uzadaraq universitetin qarşısına aparıblar ki, oranın da tələbələri minəndə, heç bizə minməyə yer qalmır. Hələ bundan əlavə nəzərə alsaq ki, Masazır dairəsinə kimi burada heç bir marşrut xətti yoxdur və əlavə olaraq "Mətanət A" şirkətinin qarşısında yerləşən böyük yaşayış kopleksinin sakinləri də bu marşrutdan istifadə edirlər, nəticəni özünüz təsəvvür edin. Axşam işdən evə qayıdanda isə bundan da çox zülm çəkirik. 20 Yanvardan Xırdalan və Masazır dairələrinə gələn hər kəs bu marşrutdan istifadə edir. Elə vaxt olur 4-5 avtobus ötürürük evə getmək üçün. Avtobuslarda da adam çoxluğundan nəfəs almaq olmur. Gedişhaqqını 25 qəpuiyə qaldırıblar, heç olmasa kondisionerli avtobus versinlər xəttə."

Marşrut xəttində gedişhaqqının 25 qəpiyə qaldırlması ilə bağlı şirkətdən FaktXəbər-ə bildirilib ki, bu, Taarif Şurasının müvafiq qərarına əsasən həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Tarif Surasının 5 sentyabr 2014-cü il tarixində verdiyi 8 saylı qərarla 199 saylı marşrut xəttində gediş haqqı tarifi 25 qəpik olaraq müəyyən edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com