Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
15:16
MN: Şəxsi heyətin xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb

“2018-ci ilin hazırlıq planında qış tədris dövrü üçün şəxsi heyətin tibbi təminatına aid nəzərdə tutulmuş tapşırıqlar bütövlükdə yerinə yetirilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb”.

Bunu Hərbi Tibb Fakültəsində keçirilmiş təlim-metodiki toplantıda çıxış edən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev deyib.

O bildirib ki, tibb hərbi hissə və müəssisələrinin müasir diaqnostik cihazlarla komplektləşdirilməsi xəstələrin tam müayinə olunmasına imkan yaradır.

İdarə rəisinin sözlərinə görə, xidmətə yeni gələn əsgərlərin hərbi hissələrdə xəstələnmə səviyyəsinin azaldılmasına diqqət artırılıb, şəxsi heyət arasında müvafiq əks-epidemik tədbirlər görülüb.

N. Əliyev qeyd edib ki, son vaxtlar cəbhə xəttində artan gərginlik, düşmən tərəfindən atəşkəsin tez-tez pozulması hərbi qulluqçular və mülki əhali arasında odlu silah yaralanmaları riskini artırıb: “Yaralanmış hərbi qulluqçuların tibb müəssisələrinə çatdırılma vaxtının minimuma endirilməsi, təxirəsalınmaz tibbi yardımın vaxtında və düzgün göstərilməsi, cərrahi müdaxilələrin aparılması onların tez bir zamanda sağalaraq öz xidmət yerlərinə qayıtması üçün əsas şərtdir. Bu məqsədlə mövcud imkanlardan, o cümlədən tibbi aviasiyanın, nəqliyyat aviasiyasının imkanlarından, mobil qospitallardan maksimum istifadə olunur”./“Azərbaycan ordusu”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Ordusu əsgər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 18:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com