Hindistan məhkəməsi Tac-Mahalı sökməyi təklif edib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
12:13
2403
Hindistan məhkəməsi Tac-Mahalı sökməyi təklif edib

Hindistan Ali Məhkəməsinin hakimləri bildirib ki, Tac-Mahal bərpa olunmasa, hökuməti onu sökməyə məcbur edəcəklər.

FaktXəbər TASS-a istinadən bildirir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Hakimlər hesab edir ki. məşhur abidə düzəlməz ziyana üğramışdır. Tac-Mahalın ağ mərmərinin üstü 350 ildən çox bir müddətdə kiflənib və çatlarla doludur, hökumət isə bu unikal mavzoleyi qorumaq üçün heç bir iş görmür.

“Hər il Eyfel qülləsini 80 milyon insan ziyarət edir. Bu, ondan daha gözəl olan Tac-Mahalı ziyarət edənlərin sayından 8 dəfə çoxdur. Vəzifəli şəxslərin məsuliyyətsizliyi səbəbindən ölkəmiz valyuta itirir”, - deyə hakimlərdən biri vurğulayıb.

Hakimlər Hindistan hökumətinə ünvanladıqları məktubda problemin həlli ilə bağlı 3 variant təklif ediblər: Tac-Mahalın bağlanması, onun bərpa edilməsi və ya uçurulması.

Hökumət orqanları məsələyə baxılacağına və Hind Texniki Universitetinin dörd ay ərzində müvafiq plan təqdim edərək problemin həlli ilə məşğul olacağına dair söz verib.

Tac-Mahal dünyanın yeni yeddi möcüzəsindən biridir. Hər il bu tarixi-mədəni abidəni 200 min nəfərədə çox turist ziyarət edir. 1983-cü ildə Tac –Mahal YUNESKO-nun Ümumdünay mədəni irs siyahısına daxil edilib.

Məqalədə : Hindistan Tac-Mahal 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com