Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
11:37
Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobillərin istehsalı sahələrində 175,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsi məlumat verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 16,6 dəfə artıb, maşın və avadanlıqların istehsalı 6,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7% azalıb.

Belə ki, bu ilin 6 ayında ölkədə 130 ədəd minik avtomobili istehsal edilib. Bu müddət ərzində traktor istehsalı 14,1% artaraq 849 ədəd təşkil edib.  

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, mancanaq dəzgahlarının istehsalı 2,9 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 9,6% artıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 04:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com