Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
15:30
FETÖ-nün dayaqlarını Azərbaycanla birgə məhv etdik

“2016-cı ilin iyulun 15-də Türkiyə ən ağır günlərindən birini yaşayıb. Həmin gün dövlət çevrilişinə cəhd edildi, cavablarını da aldı. Millət birlikdə terrorçulara qarşı mübarizə apardı, küçələrə çıxdı. Bu, qəhrəmanlıqdır”.

Bunu Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral deyib.

Diplomat xatırladıb ki, Türkiyə həmin gün 250 şəhid verib: “Bu cür hadisələr dərs oldu. Bunların bir daha təkrar olunmamasına çalışırıq. Fətullahçı Terror Təşkilatı dövləti ələ keçirməyə çalışdı. Amma buna nail ola bilmədilər. Onların cəhdləri qarşılıqsız qala bilməzdi”.

E.Özaral bildirib ki, Türkiyədə bu hadisəyə görə 661 nəfər ömürlük həbs edilib: “101 iş üzrə istintaq aparılır. Hüquqi dövlətdə bu cür addımların atılması normaldır. Buna kimsə kölgə sala bilməz. Bundan başqa, 180 min nəfər dövlət işlərindəki vəzifələridən azad edilib”.

Səfir vurğulayıb ki, bu terror təşkilatı əxlaqdan kənar bütün addımları atıb: “Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılır. Türkiyədə bir daha belə hal baş verə bilməz. FETÖ ilə mübarizəni xarici ölkələrdə də aparırıq. Bu məqsədlə 30 ölkədə onların tədris mərkəzləri bağlanılıb.

O bildirib ki, bu məsələdə Azərbaycan Türkiyəyə dəstək verib: “Buna görə də Azərbaycan Prezidentinə, o cümlədən dövlət qurumlarının rəhbərlərinə təşəkkürümü bildirirəm. Birgə addımlarla Azərbaycanda da FETÖ-nün dayaqları məhv edildi”.(report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FETÖ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2018 23:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com