- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

AMEA Şamaxı Astrofizika Rəsədxanası bu gün baş verən Günəş tutulmasının havaya olan təsirini açıqlayıb.
FaktXəbər-in məlumatına görə, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Günəş, eləcə də Ay tutulmaları havanın temperaturunun dəyişməsinə və iqlimlə bağlı digər proseslərin baş verməsinə heç bir təsir göstərmir:
"Bu tutulmalar Günəş və Ayın hərəkəti ilə bağlı olan adi astronomik təbiət hadisələridir. İl ərzində bir necə dəfə Günəş və Ay tutulmaları baş verir. Bu il 3 Günəş tutulması baş verməli idi, onun ikisi artıq baş verib. Digər Günəş tutulmasıavqustun 11-də olacaq".
X.Mikayilov qeyd edib ki, Günəş və Ay tutulmalarının insan səhhəti üçün heç bir təhlükəsi olmur.
Direktor müavini əlavə edib ki, bu gün Bakı vaxtı ilə saat 05:48-də başlayan Günəş tutulması hadisəsi saat 08:13-də başa çatır.
Həmin təbiət hadisəsinin Azərbaycanda izlənilməsinin mümkün olmadığını deyən X.Mikayılov qeyd edib ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edib.
Bu dəfəki tutulmanın çox qısa davam edəcəyini deyən X.Mikayılov əlavə edib ki, bu dəfə Günəşin üçdə bir hissəsi tutulacaq, üçdə iki hissəsi isə açıq olacaq: "Avqustun 11-nə təsadüf edəcək növbəti Günəş tutulması bütün Rusiya ərazisini əhatə etsə də, Azərbaycanda yenə də görünməyəcək".
X.Mikayılov qeyd edib ki, 2020-ci ilin iyun ayında, (həmin ildə Günəşin 45 faizi tutulacaq), 2022-ci ilin oktyabrında (Günəşin 70 faizi tutulacaq) 2027-ci ilin avqustunda (Günəşin 40 faizi tutulacaq), 2030-cu ilin iyununda (Günəşin 76 faizi tutulacaq) gözlənilən Günəş tutulmalarını Azərbaycandan izləmək mümkün olacaq.
- 18-02-2019 15:53 Baş Prokurorluq işə qəbul elan etdi
- 18-02-2019 14:53 Sahil Babayev Sabirabadda vətəndaşları qəbul edəcək
- 18-02-2019 14:19 DYP gecə qayda pozan sürücülərə qarşı reyd keçirib
- 18-02-2019 14:10 Sabahın hava proqnozu açıqlanıb
- 18-02-2019 12:59 "AZZA"dan alınmış tortun içərisindən sellofan torba çıxıb - FOTO
- 18-02-2019 12:57 Sabah Ay Yerə ən yaxın məsafədə olacaq
- 18-02-2019 12:37 Umayra Tağıyevadan sulu qar anonsu
- 18-02-2019 12:29 Ötən il Azərbaycanda 2752 əkiz, 117 üçəm doğulub
- 18-02-2019 12:25 Ötən il Azərbaycanda 62484 nikah, 14857 boşanma halı qeydə alınıb
- 18-02-2019 12:19 Azərbaycan əhalisinin sayı açıqlanıb
- 18-02-2019 10:51 Bakıda yerləşən bu şəhərcik gecənin birində kül ola bilər
- 18-02-2019 09:59 Kərəm Həsənov Mingəçevirdə vətəndaşlarla görüşəcək
- 18-02-2019 09:47 Ağacı aqronomun nəzarəti ilə budayın - NAZİRLİK
- 18-02-2019 09:46 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
- 17-02-2019 21:20 Rüstəm İbrahimbəyovu Bakıda təntənəli şəkildə qarşıladılar - FOTO
- 17-02-2019 19:12 Sabahdan ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə aşağı enəcək
- 16-02-2019 14:41 Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
- 16-02-2019 11:22 "Nar" müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
- 16-02-2019 10:30 Tovuz, Kürdəmir, Baləkən sakinlərinə XOŞ XƏBƏR!
- 16-02-2019 10:21 Şamaxıda yenidən vulkan püskürdü
- 15-02-2019 16:34 İki rayonun qış otlaqlarında meliorasiya işləri üçün 30 milyon manat ayrılıb
- 15-02-2019 16:30 Tovuzda yol tikintisinə 3,3 milyon manat ayrılıb
- 15-02-2019 16:20 Himn farağat vəziyyətində və sona qədər dinlənilməlidir
- 15-02-2019 15:15 AQTA sahibkarlara müraciət edib
- 15-02-2019 14:17 Sabaha yağış gözlənilir