Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
09:20
Gəncədə polkovnikləri qətlə yetirdiyinə görə axtarışa verilən şəxslərdən biri zərərsizləşdirilib - FOTO

Gəncədə  cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən FaktXəbər-ə daxil olan birgə məlumatda qeyd olunur ki, törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumatda qeyd olunub ki, görülən işlərin gedişi barədə əlavə məlumat veriləcək. 

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən Rəşad Məmmədəli oğlu Böyükkişiyev də keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

 Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub. O, 2007-ci ildə anası bıçaqlayaraq öldürüb.

Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov isə bir neçə gün əvvəl yerli əhalinin köməyi ilə tapılaraq polisə təhvil verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gəncə hadisələri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 07:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com