Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
11:22
1170
Londondan Mumbaya uçan təyyarə Bakıda eniş edib

"British Airways" aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

Göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu “Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

Məqalədə : məcburi eniş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 19:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com