Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
21:05
Əbru Özkan şərti azadlığa buraxılıb

Qüdsə etdiyi 3 günlük ziyarətdən sonra 11 iyunda Türkiyəyə dönmək üçün getdiyi Təl-Əvivdəki Ben Qurion Hava Limanında həbs edilən Türkiyə vətəndaşı Əbru Özkan bu gün yenidən hakim qarşısına çıxıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, İordan çayının işğal altındakı qərbi sahilindəki Ramallah şəhəri yaxınlığındakı Ofer Hərbi Məhkəməsində keçirilən məhkəməyə Özkan polis nəzarəti altında və ayaqları qandallı gətirilib.

Məhkəmə iclasında Özkanın vəkilləri ilə Türkiyənin Təl-Əviv səfirliyinin səlahiyyətliləri də iştirak edib.

Özkanın vəkili Ömər Hamay məhkəmənin şərtli azadlıq qərarına hərbi prokurorluğun etirazının rədd edildiyini söyləyib.

Hamay hakimin müvəkkili ilə bağlı Salim Hərbi Məhkəməsinin bazar ertəsi günü verdiyi şərti azadlıq qərarının icrasına hökm verdiyini bildirib.

Vəkil Hamay 15 min yeni İsrail şekeli (təxminən 10 min AZN) girov müqabilində, pasportun müsadirəsi və İsraildəki yaşayış yerinə ən yaxın polis idarəsinə həftədə iki dəfə gedərək imza atması şərti ilə həbssiz mühakimə olunacaq Özkanın əsas məhkəməsinin isə 29 iyulda keçiriləcəyini deyib.

İsrail prokurorluğu tərəfindən bazar günü hazırlanan iddianamədə Özkan, "Həmasa yardım və müxtəlif xidmətlər göstərmək, ölkənin rejimini pozmaq və düşmən tərəfin göndərdiyi pulu ölkəyə gətirmək" kimi 4 ayrı ittiham irəli sürülmüşdü.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əbru Özkan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 21:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com