- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bakı-Quba-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-169-cu kilometrliyini əhatə edən Gəndob-Quba hissəsinin yenidən qurulmasına başlanıb.
Azərbaycan Avtomobil Yolları Agentliyindən verilən məlumata görə, II texniki dərəcəli olan magistral avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39 km-lik Gəndob-Quba hissəsində ərazilərdən asılı olaraq asfalt-beton örtükdə deformasiyalar, çökmələr və qabarmalar əmələ gəlib, örtüyün profili itib, çökmələr müşahidə olunur: "Bundan başqa, mövcud avtomobil körpülərinə yanaşmalarda və körpü keçidlərində də asfalt-beton örtük yararsız vəziyyətə düşüb, yol çiyinlərinin eni azaldığı üçün bərpasına ehtiyac yaranıb. Məhz bütün bunlar, həmçinin magistral yolun sözügedən hissəsinin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib".
Layihə çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə torpaq yatağı 15 metr enində çınqıllı qruntla genişləndirilir, asfalt-beton örtüyü qaşınır və bəzi hissələrdə qazılıb çıxarılır, 3 min kv.m sahədə 20 sm qalınlıqda çınqıldan əsasın alt qatı və 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığından əsasın üst qatı tikilir, texnoloji ardıcıllığa əsasən 6 sm hündürlükdə asfalt-beton örtüyünün alt layı döşənir.
Bu işlərin ardınca yol boyu asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılır. Asfalt-beton örtüyünün eni 9 metr nəzərə alınaraq yol boyu 420 min kvadratmetr sahə 6 sm qalınlıqda asfaltlanır. Tikinti norma və qaydalarına uyğun olaraq yol boyu 230 min kvadratmetr sahədə hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlərin 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də aparılır.
Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin, daha dəqiqi 6 hərəkət zolaqlı olan Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin də asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması nəzərdə tutulub.
Tikinti-təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacaqları inşa ediləcək, 122 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
Yolun bərpası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılması üçün Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında əraziyə kifayət qədər qüvvə cəlb olunub. Magistral yolun bu hissəsi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə daha rahat şəkildə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun bərpası əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
- 15-02-2019 14:52 "Elektron Kənd Təsərrüfatı" Quba və Şəkidə başlayacaq
- 15-02-2019 11:20 Növbəti "Kənddən Şəhərə" yarmarkası təşkil ediləcək
- 15-02-2019 10:03 Banklar ötən il 7 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb
- 15-02-2019 09:21 Xarici valyutaların manata qarşı məzənnələri
- 14-02-2019 20:11 Əhali bir ildə ərzaqa nə qədər pul xərcləyib?
- 14-02-2019 14:27 Prezident AzTV-yə 3 milyon manat ayırıb
- 14-02-2019 12:02 Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib
- 14-02-2019 11:50 Azərbaycanda vergi ombudsmanı yaradılacaq
- 14-02-2019 11:13 Qida təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı hazırlanıb
- 14-02-2019 11:06 Fermerlərə 24 mln. manatdan çox subsidiya ödəniləcək
- 14-02-2019 10:22 Səba fermerlərə müraciət etdi
- 14-02-2019 09:37 Azərbaycan nefti bahalaşıb
- 14-02-2019 09:32 Xarici valyutaların manata qarşı məzənnələri
- 13-02-2019 22:00 Əhali bir ayda istehlak məhsullarına 2,9 milyard manat xərcləyib
- 13-02-2019 14:50 "Şahdəniz" yatağından qaz hasilatı 13% artıb
- 13-02-2019 11:54 Azərbaycanda neft istehsalı azalıb
- 13-02-2019 10:09 Azərbaycanda 130-a yaxın Niderland şirkəti qeydiyyatdan keçib
- 13-02-2019 09:25 Xarici valyutaların manata qarşı məzənnələri
- 12-02-2019 12:10 Ölkədə pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb
- 12-02-2019 11:19 "Brent" 62 dollar oldu
- 12-02-2019 09:58 Azərbaycan nefti ucuzlaşıb
- 11-02-2019 17:11 Fevralın 12-nə manatın məzənnəsi
- 11-02-2019 15:44 "Minimum əməkhaqqı davamlı olaraq artırılacaq"
- 11-02-2019 14:59 Mərkəzi Bankı valyuta ehtiyatlarını cüzi artırıb
- 11-02-2019 11:22 Neft ucuzlaşır