Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
12:44
İqtisad Universitetindən tələbələrə böyük hədiyyə

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır.

Bu barədə FaktXəbər-ə UNEC-dən bildirilib.

Məlumata görə, yeni tədris ilindən UNEC-i seçən Beynəlxalq olimpiada və Respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 AZN məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər. Olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində “ikinci əlaçı təqaüdü” verilir.

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, Beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, Respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İqtisad Universiteti UNEC 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 02:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com