Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
09:52
İraqda İŞİD terrorçuları `Həşd-Şabi`nin bazasına hücum edib-VİDEO
40-dan artıq ölən və yaralanan var

İraqda Bayci neft emalı zavodu yaxınlığında «Həşd Şabi»nin 31-ci briqadasına hücum olub. Saatlarla davam edən döyüşdən sonra terrorçulardan 2-si özünü partladıb. FaktXeber.com-un Directorate-4-ə istinadla məlumatına görə, nəticədə ümumilikdə 40-dan artıq iraq hərbçisi ölüb və yaralanıb, bir neçə vahid  zirehli texnika sıradan çıxıb.

Yerli KİV-lər bildirirlər ki, bazaya eyni anda İŞİD-in 7 terrorçusu hücum cəkib. Onların bir qismi bazaya girməyə çalışan 2 intiharçını qoruyaraq hərbçilərə atəş açıblar.

İntiharçılardan biri özünü partlatdığı zaman «Həşd Şabi»nin 5 könüllüsü həlak olub, bir o qədəri də yaralanıb.

İkinci intiharçını həbs eləmək mümkün olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həşd-Şabi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 09:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com