Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
09:09
Adnan Oktar `kedicik`ləriylə birgə həbs olundu - FOTO

Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktar saxlanılıb. FaktXəbər bildirir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə polisi A.Oktar ilə yanaşı onun 235 tərəfdarını da həbs edib.

Özünü din adamı kimi təqdim A.Oktar cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaq qaçaqmalçılığı, şantaj, şəxslərin azadlığını əlindən alma, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi niyyəti ilə fırıldaqçılıq, çirkli pulların yuyulması və bu kimi onlarla maddə ilə ittiham olunur.
Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Adnan Oktar 
Mövzu üzrə xəbərlər
Şərhlər
Həzrət Əliyev tərəfindən 11-07-2018 14:40:36 tarixində yazıldı
Maaşallah Hocam
Heçnə yox həpisxanadakıların bəxti gətirdi, super model qızlar göydən düşmə olacaq.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 18:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com