Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2018
23:45
1323
Maduro Türkiyədə sevdiyi serialın aktyorları ilə görüşüb - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərsimində iştirak etmək üçün Türkiyəyə səfər edən Venesuela prezidenti Nikolas Maduro TRT-nin 65 ölkədə seyr edilən "Diriliş Ərtoğrul" serialının heyəti ilə görüşüb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, o, Beykozda filmin çəkildiyi pavilyonu ziyarət edib.

Avtomobilini yol boyu özü sürən Maduronu atla müşahidə ediblər. 

Maduro və həyat yoldaşı Cilia Floresin başçılıq etdiyi nümayəndə heyəti serialının prodüseri Mehmet Bozdağ və rejissoru Mətin Günaydan serial və işçilər barədə məlumat alıb.

Onu qarşılayan aktyorlara adları ilə xitab edən və onlarla zarafatlaşan Venesuela prezidenti yayladakı dəmirçixanada dəmir döyüb.

Maduro və yanındakılar daha sonra Ərtoğrulun çadırına keçib və burada başına börk taxaraq, komandayla bir müddət söhbət edib.

Film barədə danışan Nikolas Maduro, ""Diriliş Ərtoğrul" çox hiss yaşadır. Serialı izləməyə başladıq və bir də baxdıq, elə mesaj verir ki, özümüzü serialının içində gördük. Öz içərisində kiçik bir xalqın dünyaya universal mesaj yaymasının verdiyi bir həzz var və mesaj düzgün şəkildə çatıb. Ərtoğrulun hər şeydən əvvəl cəsarəti və prinsiplərinə olan sədaqəti çox diqqətimi çəkdi. Çətinliklərdən heç vaxt qorxmur, biz də eləyik", - deyə bildirib.

Məqalədə : Maduro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 06:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com