Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2018
16:11
Fransa hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib

Fransanın müdafiə sənaye şirkətləri Azərbaycan silahlı qüvvələri ilə əlaqələr yaratmağa çalışırlar.

Faktxeber.com bildiri ki, “AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, uzun müddət Ermənistanla hərbi münaqişəni əsas gətirərək Azərbaycana müdafiə təyinatlı məhsulların satışını yasaqlayan Fransa hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib. Artıq bu ölkənin şirkətləri Azərbaycanla bağlı marketinq işlərinə başlayıblar.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənilir. Bu ilki ADEX-də Fransa müdafiə sənayesini MBDA Systems, CİFAL Group, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər şirkətlər təmsil edəcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com