Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2018
15:46
1353
Həbsxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən FaktXəbər-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hətəmov Elşən Qabil oğlunun yanına uzunmüddətli görüşə gələn oğlu Cəlilabad rayon sakini Hətəmov elvin Elşən oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman gətirdiyi əşyaların içərisində sellofan kisədə kiçik xalçaya bükülərək gizlədilən 1 ədəd qara rəngli "General Mobile" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : Həbsxana 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 19:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com