Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2018
11:40
8499
Qəbul planı azaldıldı - Təhsilhaqqı 1000 manat bahalaşdı

Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib.

Faktxeber.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov özünün feysbuk divarında məlumat verib.

Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə  yeni ixtisaslar da yaranıb:

1. Bitki mühafizəsi

2. Bağcılıq və tərəvəzçilik

K. Əsədov həmçinin IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını qeyd edib.

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsilhaqqı 4500 mnat (2017-də 3000 AZN idi).

2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi). 

Məqalədə : Təhsil haqqı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 19:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com