Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2018
10:29
Şirvanda toyda qətli törədən şəxs hadisə yerindən qaçıb

Şirvanda toyda qətli törədən şəxs hadisə yerindən qaçıb.

Ötən gecə baş verən qətl hadisəsini törədən şəxsin qaçdığı məlum olub.

Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir.

Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləçdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.

Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin  saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir./APA

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : toyda dava bıçaqlanma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 06:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com