Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
20:01
Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, yeni çəkilmiş diametri 400 və 325 mm-lik qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, iyulun 10-u saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektlərinin, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azəriqaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 00:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com