Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
16:59
Azərbaycanın dünya bazarına çıxardığı neftin həcmi açıqlandı

İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb. 

FaktXəbər-in AZƏRTAC-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O bildirib ki, bu həcmin 362 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.

SOCAR rəsmisi qeyd edib ki, indiyədək dünya bazarına nəql olunan neftin  262 mln. tonunu  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-“Çıraq-“Günəşli”  yataqlar blokundan çıxarılan və Azərbaycanın payına düşən nefti təşkil edib.

X.Yusifzadənin sözlərinə görə, işlənmənin əvvəlindən (1997-ci il) indiyədək AÇG-dən 460 mln. ton neft hasil edilib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş saziş imzalanıb.

Məqalədə : neft SOCAR 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 17:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com