Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
16:23
Təhsil eksperti `İstək` liseyi ilə bağlı danışdı

Bir neçə gündür ölkədə kifayət qədər tanınan "İstək" liseyi bağlanıb. Artıq liseyin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. Bununla əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri aksiya keçirərək rəhbərlikdən açıqlama tələb ediblər. Validlenylər məktəbdə uşaqların xüsusi təhsil proqramı ilə təhsil aldıqlarını və bu səbəbdən başqa məktəbə keçmələrinin çətin olduğunu bildiriblər. Bəs onlar bu tələblərində haqlıdırlarmı? Ümumiyyətlə, valideynlər bu məsələdə necə davranmalıdırlar?

FaktXeber.com məsələ ilə əlaqədar təhsil eksperti Etibar Əliyevdən münasibət öyrənib.

Ekspert valideynlərin haqlı olduğunu bildirdi: "O təhsil müəssisəsini seçməklə onlar nəyəsə ümidli olublar. "İstək" litseyi təhsil keyfiyyətinə görə digər təhsil müəssisələrindən, gimnaziyalardan geri qalmır. Həmin məktəbin tətbiq etdiyi proqramlara oxşar məktəbin axtarılması və tapılması müşkül məsələdir. Düşünürəm ki, burda bir neçə ingilis dilli orta məktəb qalır. Ola bilsin ki, onların da tələbləri, təhsil haqları, proqram uyğunsuzluğu valideynləri razı salmasın."

Etibar Əliyev liseyin bu şəkildə qapadılmasını düzgün saymadığını bildirdi: "Bütün hallarda dünya təcrübəsi var və biz bir sıra konvensiyalara qoşulmuşuq. Bütün dünyada təhsil müəssisələrinin qapadılması yalnız və yalnız akreditasiyadan - təhsilin keyfiyyəti qiymətləndiriləndən sonra həyata keçirilə bilər. Qəfildən bu liseyin fəaliyyətinin dayandırılması əlbəttə ki, çoxlu suallar doğurur. Belə bir vaxtda təhsil müəssisəsinin bağlanması düzgün deyil. Əgər məktəbin, liseyin nöqsanları var idisə, bir neçə təhsil ilində öz buraxılışını başa çatdırmalı və filan tədris ilində şagird qəbulunun dayandırdığını elan etməli idi. Bu şəkildə liseyin fəaliyyətinə xitam verilməsi daha düzgün qərar olardı."

Təhsil eksperti liseyin fəaliyyətinin yenidən bərpasının qeyri-mümkün olduğunu vurğuladı: "Hər halda bu baş verib. Bu, Təhsil Nazirliyinin qərarına da oxşamır. Valideynlərin yolu qalmır, proqram uyğun gəldi-gəlmədi, uşaqları üçün başqa məktəblər axtarmalıdırlar.

İngilis dilli bir neçə məktəb var: "British school", "Oxford", "Dünya məktəbi" və sair. Ancaq ola bilsin ki, həmin məktəblərdəki şərait, təhsil haqqı, qoyulan tələblər, şərtlər valideynləri qane etməsin. Yəni bu valideynlərin istəyindən asılı olacaq. Bircə onun dəqiq bilirəm ki, liseyin bağlanılmasına xiltam bu şəkildə olmamalıdır."

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 21:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com