Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
16:03
FİFA 60 oyunun ən yaxşılarını açıqlayıb - SİYAHI

FİFA 2018-cı il Dünya Çempionatında baş tutan oyunlar arasında müdafiə üzrə ən yaxşı komanda oyunu kimi Rusiya yığmasını seçib. FaktXeber.com-un məlumatına görə, bu barədə turnirin saytında bildirilib.

Rusiya komandası hamısından çox  müdafiə fəaliyyəti  həyata keçirib.

FİFA ən yaxşı hücumçu kimi Braziliya yığmasını hesab edir- pentakampeonların hesabında 292 hücum var.

Ən uğurlu ötürmələri ispanlar edib – 3120 pas veriblər.

Turnirin ən nəticəli komandası hələ ki, Belçika yığması sayılır. Onların hesabında 14 vurulmuş top var.

Rusiya yığmasının yarımmüdafiəçisi Roman Zobnin bütün iştirakçılar arasında qaçış üzrə liderlik edir: «Spartak»ın oyunçusu  çempionatın 5 oyununda 62 km qaçıb.

Turnirdə qapıya ən çox top vuran futbolçu – Neymar (qapılara 27 zərbə), ən çox pas ötürən isə – Serxio Ramos seçilib (485 dəqiq ötürmə).

Ən çox seyvi meksika yığmasının  qapıçısı Gilmero Oçoa edib (25 top qaytarıb).

Qeyd edək ki, nəticə turnirin 60 oyununa aiddir. Qarşıda hələ 4 oyun  - 2 yarım final, final və üçüncü yer üstə mübarizə var. Dünya Çempionatında Belçika, Fransma, ingiltərə və Xorvatiya mübarizə aparacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dünya Çempionatı DÇ2018 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 12:17



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com