Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2012
11:51
1164
MİLLİ QƏHRƏMAN - ƏLİYEV YUNİS ƏSGƏR oğlu
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb

9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1973-cü ildə burada səkkizinci sinfi bitirib, təhsilini Dəliməmmədli şəhərindəki 102 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1976-ci ildə hərbi xidmətə çağırılmışdır. 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılır. İlk sınaq döyüşü Ağdərə bölgəsində olur. 4 may 1992-ci il…Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən böyük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlı əməliyyat planı hazırlamışdı. Əməliyyat uğurla başa çatdırıldı. Ertəsi gün ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz geri çəkildilər bu zaman Yunis döyüş meydanında qəhrəmancasına həlak olur. 43 gündən sonra, Talış kəndi azad edildiyi zaman Yunis Əliyevin cəsədi tapıldı.

Ailəli idi.İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ƏliyevYunis Əsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Yunis Əliyev 16 iyun 1992-ci ildə doğma kəndində-Qızılhacılıda dəfn edilmişdir.

Qızılhacılı kənd 3 saylı uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru