Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
16:01
2094
FHN qırılan kanatla bağlı açıqlama yayıb

Kanat yolu iyunun 20-dən bağlı olub, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib.

Fövqəladə Hallar Nazirliyi Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir: "Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb".

Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

***

Quba rayonunda bədbəxt hadisə baş verib.

Qubadakı hotellərdən birində  kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : kanat qırıldı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 19:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com